RU
Bakıda 315 minlik dələduzluq
12:46
844

Bakıda 315 minlik dələduzluq

Əsədov polis bölməsinə şikayət edib.

Bakının Suraxanı rayonunda külli miqdarda dələduzluq faktı aşkar olunub.

Əmircan qəsəbəsində yerləşən “Ballı” marketdə mühasib işləyən 1970-ci il təvəllüdlü Elçin Nəcəfov dələduzluq edib.

O, marketin sahibi, 1961-ci il təvəllüdlü Elman Əsədovun etibarından sui-istifadə edərək 315 min manatını alaraq mənimsəyib.

Elman Əsədov dələduzluqla üzləşməsi ilə bağlı Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə şikayət edib.

Onun şikayəti əsasında toplanmış materiallar rayon polis idarəsinə göndərilib./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ