RU
Bakıda 34 yaşlı kişi biçaqlanıb
11:15
202

Bakıda 34 yaşlı kişi biçaqlanıb

Bakıda 34 yaşlı kişi biçaqlanıb.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Məsimov Tural Kərəm oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol saidin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ