Qarşıdan gələn Yeni il bayramı ilə bağlı paytaxt Bakıda hazırlıq işləri görülür.
7News.Az "Trend”ə istinadən xəbər verir ki, Bakının müxtəlif yerlərində yolka ağaclarının quraşdırılmasına başlanılıb. Ənənəvi olaraq şəhərin ən hündür yolkası bu il də Azadlıq meydanında quraşdırılacaq.
İş icraçısının verdiyi məlumata görə, hava şəraiti əlverişli olarsa, işlər vaxtında bitəcək və yolka bu ayın 22-də şəhər sakinlərinin ixtiyarına veriləcək.
7News.Az









