RU
Bakıda 38 yaşlı kişi bıçaqlandı
11:10
206

Bakıda 38 yaşlı kişi bıçaqlandı

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report”un məlumatına görə, Sulutəpə qəsəbəsində mübahisə zəminində bıçaqlanan 1982-ci il təvəllüdlü Məmmədov Rüstəm Şamxal oğlu tanışı tərəfindən bıçaqlanıb və təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı onda böyrək nahiyəsinin daxilə nüfuz edən bıçaq yarası aşkarlanıb.

 

R.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisənin təfərrüatını araşdırır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ