RU
Bakıda 39 yaşlı qadın intihar etdi
10:48
902

Bakıda 39 yaşlı qadın intihar etdi

Qadının ailə üzvləri dindirilib.

Bakıda 39 yaşlı qadın intihar edib.

Hadisə ötən gecə Xəzər rayonu Binə qəsəbəsindəki “Südçülük Sovxozu” adlandırılan ərazidə qeydə alınıb.

Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, 1977-ci təvəllüdlü Umudova Kəmalə yaşadığı evdə özünü asaraq intihar edib.

Hadisə barədə polisə məlumat verilib. Hadisə yerinə gələn 2-ci Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıblar. Qadının ailə üzvləri dindirilib. Daha sonra meyit müayinə üçün 3 saylı Şəhər Klinik Xəstəxanasının morquna aparılıb.

Qadının intihar etməsinin səbəbi hələlik məluk deyil, polis bu istiqamətdə araşdırmalarını davam etdirir./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ