Paytaxtın Yasamal rayonunda, səhər saat 09:30 radələrində xəsarətlə nəticələn zəncirvari yol qəzası baş verib.
7News.az Region TV-yə istinadən xəbər verir ki, hadisə Zahid Xəlilov ilə Həsən Məcidov küçələrinin kəsişməsində qeydə alınıb. "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı "KİA"ya çırpılıb. Nəticədə səki ilə hərəkət edən piyada ağır xəsarət alıb. Bundan başqa yolun kənarında dayanan 2 avtomobilə də zərər dəyib.
Hadisənin dəqiq səbəbləri isə avtotexniki ekspertizanın verdiyi rəydən sonra məlum olacaq./milli.az
7News.az










