RU
Bakıda 4 nəfəri həbslə hədələyib, pul alan şəxslərin məhkəməsi başladı
16:10
465

Bakıda 4 nəfəri həbslə hədələyib, pul alan şəxslərin məhkəməsi başladı

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

7news.Az report-a istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası iyulun 16-na təyin edilib.

Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.

Qeyd edək ki, ötən ilin avqust ayında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları bir qrup yalançı "polisi" saxlayıblar.

 

Araşdırma zamanı dörd nəfərdən ibarət olan dəstə üzvləri - Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin vətəndaşları hədələmək yolu ilə onlardan pul alması məlum olub. Bu zaman onlar özlərini polis əməkdaşı kimi təqdim ediblər. Yalançı "polislər" qurbanlarını, onları həbs etmək və barələrində cinayət işi başlamaqla hədələyiblər.

Cinayət işinin ilkin materiallarına görə, həmin şəxslər bu yolla Sabunçu rayonunun dörd sakininin pulunu mənimsəyiblər. Onlar Fazil Qədimovun, 1975-ci il təvəllüdlü İmran Orucovun min manat, 1958-ci il təvəllüdlü Məmmədəli Novruzovun 740 manat və 1977-ci il təvəllüdlü Kamal Poladxanovun 300 manatını əlindən alıblar.

Həbs edilən H.Ağayev bundan əvvəl fırıldaqçılığa görə məhkumluq həyatı yaşayıb.

Həmin şəxslərin barələrində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törəldilən) maddəsi ilə irəli sürülüb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ