RU
Bakıda 4 yaşlı uşağın başına televizor düşdü
20:15
499

Bakıda 4 yaşlı uşağın başına televizor düşdü

Bakıda 4 yaşlı uşağın başına televizor düşüb.

Hadisə Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb.

Belə ki, Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evində 2012-ci il təvəllüdlü Qasımova Yağmur İzrail qızı oyun oynayarkən ehtiyatsızlıqdan otaqda olan televizor onun başına düşüb.

 Nəticədə Y.Qasımova ağır kəllə-beyin travması alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağırdır.

 Hadisənin dəqiq hansı motivdə baş verdiyi Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır./report

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ