RU
Bakıda 42 min manatlıq soyğun
15:29
562

Bakıda 42 min manatlıq soyğun

Oğrular dəmir barmaqlıqları qıraraq evə giriblər.

Bakı şəhəri, Naximov küçəsi, döngə 2, mənzil 18 ünvanında yaşayan 52 yaşlı Eldar Məhərrəmov Daxili İşlər Nazirliyinin 102 xidməti ilə əlaqə saxlayaraq evindən 40 min manat dəyərində qızıl-zinət əşyaları və 2 min manat pul oğurlanması barədə məlumat verib. Zərərçəkən Eldar Məhərrəmovun sözlərinə görə oğurluq, o, evdə olmadığı zaman törədilib. Oğrular mənzilə birinci mərtəbənin dəmir barmaqlıqlarını qıraraq daxil olublar.

Onlar zərərçəkənin evində qonaq olan bacısı qızının da qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıblar. Cinayət baş verən ünvana gələn Xətai Rayon Polis İdarəsinin əməkdaşları müvafiq ekspertizalar təyin edərək əl-barmaq izlərini götürüblər. Faktla bağlı araşdırmalar aparılır./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ