RU
Bakıda 43 kq narkotik qanunsuz dövriyyədən çıxarılıb - VİDEO
11:50
28

Bakıda 43 kq narkotik qanunsuz dövriyyədən çıxarılıb - VİDEO

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə Bakıda keçirilən növbəti tədbirlər zamanı Fərid Əhmədov, tanışı Pünhan Cəlilov, Taleh Sadıqov və Ruslan Hüseynli saxlanılıblar.

DİN-dən verilən məlumata görə, onlardan ümumilikdə 43 kiloqram 500 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılanların narkotikləri pul qazanmaq məqsədilə müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ