RU
Bakıda 50 ailəyə evlərini tərk etmək üçün bir neçə saat vaxt verildi
14:15
444

Bakıda 50 ailəyə evlərini tərk etmək üçün bir neçə saat vaxt verildi

Yaşayış binasında olan 50 ailənin elektrik xətti kəsilib. Sakinlərə evlərini tərk eləmək üçün bir neçə saat vaxt verilib. Səbəb kimi binanın qəzalı vəziyyətdə olması göstərilib.
 
7News.az Xezerxeber.az-a istinadən məlumat verir ki, paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsi Zığ küçəsi bina 43-də yaşayan sakinlər, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən köçürülməyə etiraz edirlər.
 
Onların sözlərinə görə, kirayədə qalmaq üçün hər ailə başına 200-300 manat pul təklif edilir.
 
Lakin bununla razılaşmayan sakinlər qəzalı binadan köçürülmə ilə bağlı onlara əvvəlcədən xəbərdarlığın edilməməsindən narazıdırlar.
 
Suraxanı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bildirib ki, bina sürüşmə zonasında yerləşdiyi üçün sakinlər köçürülür.
 
O qeyd edib ki, baş verə biləcək hər hansı bir faciənin qarşısını almaq üçün bütün kommunal xidmətlər dayandırılıb və sakinlərə köçürüləcəkləri barədə bir həftə əvvəl xəbərdarlıq edilib.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ