Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Rəşad Novruzov və Hikmət Arzumanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
7NEWS.Az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxslər paytaxtın Nərimanov rayonu ərazisindəki mənzillərdən birinə daxil olaraq oradan çəkisi 99 qram olan qızıl boyunbağı oğurlayıb. Oğurlanan zinət əşyası 50 min manat qiymətləndirilib.
Nərimanov rayon Polis İddarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə təqsirləndirilən R. Novruzov və H. Arzumanov saxlanılıb.
7NEWS.Az








