Bakıda 5000 manatlıq telefon oğurlanıb.
Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirlib ki, Nərimanov Rayon Polis İdrəsinin 17-ci Polis Şöbəsinə Bakı şəhər sakini Q.Soltanovun 1000 manatının və 5000 manat dəyərində mobil telefonunun qeyri-aşkar şəraitdə oğurlaması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Şahnəsib Ağayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.








