RU
Bakıda 58 yaşlı kişi özünü bıçaqlayıb
17:17
355

Bakıda 58 yaşlı kişi özünü bıçaqlayıb

Suraxanı rayonunda 58 yaşlı kişi özünü bıçaqlayaraq intihara cəhd edib.
Hadisə Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, 1958-ci il təvəllüdlü Abdulla Hüseynov yaşadığı evdə bədəninin bir neçə nahiyəsinə bıçaq zərbəsi vurub. Çoxlu qan itirən şəxs qonşularının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
İlkin ehtimala görə, A.Hüseynov özünə xəsarət yetirən zaman sərxoş vəziyyətdə olub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır./report
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ