RU
Bakıda 67 yaşlı qadını avtomobil vuraraq ağır xəsarət yetirib
09:40
154

Bakıda 67 yaşlı qadını avtomobil vuraraq ağır xəsarət yetirib

Bakıda ahıl yaşlı qadını avtomobil vuraraq ağır xəsarət yetirib.

Hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1965-ci il təvəllüdlü Bayramova Xatirə Xəlil qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, sol körpücük sümüyünün, bir neçə qabırğasının və kürək sümüyünün sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ