RU
Bakıda 682 bal toplamış tələbə qız faciəvi şəkildə öldü - FOTO
13:50
615

Bakıda 682 bal toplamış tələbə qız faciəvi şəkildə öldü - FOTO

Bakıda tələbə qız eyvandan yıxılaraq vəfat edib.

7News.Az "Qafqazinfo" -ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakının Qaradağ rayonunda baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Məhərrəmova Nilgün Tarix qızı ehtiyatsızlıq nəticəsində eyvandan yıxılıb. O, çatdırıldığı xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, Nilgün Məhərrəmova Bakı şəhəri 6 nömrəli məktəbin məzunu olub. O, Bakı Ali Neft Məktəbinin 3-cü kurs tələbəsi idi. N.Məhərrəmova 682 balla tələbə adını qazanmışdı.

 

Bakıda 682 bal toplamış tələbə qız faciəvi şəkildə öldü

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ