Bakının Xətai rayonunda 7 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
7News.Az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2017-ci il təvəllüdlü N.Bağırlı xəsarət alıb.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.








