RU
Bakıda 70 yaşlı kişi damarlarını doğradı
11:00
412

Bakıda 70 yaşlı kişi damarlarını doğradı

Bakıda intihar hadisəsi baş verib.

Xətai Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Cavanşir küçəsi ev 21, mənzil 96 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 70 yaşlı Zakir Vəli oğlu Əliyev yaşadığı evdə damarlarını doğrayaraq intihar edib.

İlkin məlumata görə, Z. Əliyev ağır xəstəlikdən əziyyət çəkirmiş. O, otağın qapısını arxadan bağlayaraq damarlarını doğrayıb. Ailə üzvləri qapını qıraraq içəri daxil olduqda artıq gec olub, Z. Əliyev çoxlu qan itirdiyindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ