Bakıda hava şəraiti ilə əlaqədar daha 10 nəfər yıxılaraq müxtəlif bədən xəsarətləri alıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından 7News.Az-a verilən məlumata görə, bu gün saat 13:00-a qədər 10-u kişi, 12-si qadın olmaqla ümumilikdə 22 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb.
Yaralılardan ikisinə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.
11:22
Bakıda daha dörd nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə 7News.Az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Bu gün saat 11:30-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar ümumilikdə dördü kişi, səkkizi qadın olmaqla 12 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"Yaralılar xəstəxanaya yerləşdiriliblər”.
10:35
Bu gün kəskin hava şəraiti ilə bağlı səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə 7News.Az-ın sorğusuna cavab olaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Bildirilib ki, bu gün saat 10:00-a qədər olan məlumata əsasən, hava şəraiti ilə əlaqədar səkkiz nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"Yaralılardan birinə yerində yardım göstərilib. Digər yeddi nəfər isə xəstəxanaya yerləşdirilib”.
7News.Az








