RU
Bakıda 80 yaşlı kişini öldürən sərxoş sürücü həbs olundu
14:40
369

Bakıda 80 yaşlı kişini öldürən sərxoş sürücü həbs olundu

Paytaxtın Səbail rayonunda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

7News.Az-ın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumatında bildirilir. 

Hadisə yanvarın 27-də paytaxtın Səbail rayonu ərazisində baş verib. 

1980-ci il təvəllüdlü Bəxtiyar Əliyevin sərxoş halda idarə etdiyi "Mercedes C 200” markalı, 99-RD-120 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1939-cu il təvəllüdlü Əhmədov Zahid Məhəmməd oğlunu vurub öldürüb.

B.Əliyev barəsində insan ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Bəxtiyar Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ