RU
Bakıda 84 yaşlı qadın sirkə turşusu içib öldü
16:11
531

Bakıda 84 yaşlı qadın sirkə turşusu içib öldü

 

Bakıda ahıl qadın zəhərlənərək ölüb.
Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Rayon sakini 84 yaşlı Süsən Ağaqulu qızı Kazımova sirkə turşusu içib. O, təcili xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisənin intihar olub-olmamağı araşdırılır./apa
7News.Az


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ