Avtomobillərə ziyan dəyib.
Bakıda əsən güclü külək təsirsiz ötüşməyib.
Paytaxtda güclü küləyin əsməsi nəticəsində ağac aşaraq 3 avtomobili əzib.
Hadisə Sabunçu rayonu, Əhməd Cavad küçəsində qeydə alınıb. Güclü küləyə tab gətirməyən ağac yaşayış binasının həyətində olan avtomobillərin üzərinə aşıb.
Nəticə 3 avtomobilə ziyan dəyib.
Bina sakinləri hadisə barədə aidiyyəti qurumlara məlumat veriblər./apa
7news.az








