RU
Bakıda ağaclar kəsilib, araşdırmalar aparılır
19:10
400

Bakıda ağaclar kəsilib, araşdırmalar aparılır

Yasamal rayonu, Həsən Məcidov küçəsi, 5 saylı binanın qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Vaqif Cavadov 7NEWS.Az-a bildirib ki, hazırda təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırma davam edir.

O qeyd edib ki, kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi məqsədilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ