RU
Bakıda ağır qəza: 6 tələbə vuruldu
21:10
2035

Bakıda ağır qəza: 6 tələbə vuruldu

Yaralıların şəxsiyyəti müəyyənləşdirilib.

Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında “Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək 6 piyadanı vurub.

Yaralanan şəxslər Klinik Tibbi Mərkəzə (KTM) gətiriliblər.

7news.az xəbər verir ki, bu barədə APA-ya KTM-dən məlumat verilib. Məlumata görə, xəsarət alanların əksəriyyəti tələbədir. Yaralıların şəxsiyyətini müəyyənləşdirmək mümkün olub:

Rzayev Fərhad (1999)
Qarayev Əhməd Daşqın (1995)
Səlimov Əhməd Sabir (1993)
Xəlilova Leyla Sabir qızı (1994)
Eyvazova Məryəm Əsəd qızı (1998)
Ələkbərzadə Cabir Elxan oğlu

18:53

Bu dəqiqələrdə Mətbuat prospektində dəhşətli qəza baş verib.

Prospektlə 20 Yanvar istiqamətində sürətlə hərəkət edən “Lada Priora” markalı avtomobil yolu keçmək istəyən 5 tələbəni vurub.

APA-nın məlumatına görə, hadisə Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında qeydə alınıb.

“Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək 5 piyadanı vurub.

Daha sonra minik maşını polis avtomobilinə çırpılıb.

İlkin məlumata görə, vurulan piyadalardan biri dünyasını dəyişib. Digərlərinin vəziyyəti isə ağırdır.

Yasamal rayon Polis İdarəsindən qəzanın baş verməsini təsdiqləyiblər

Yaralılar xəstəxanaya aparılıb.

Hadisəylə bağlı Mətbuat prospektində sıxlıq yaranıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ