Gecə saatlarında paytaxtın Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Dərnəgül prospekti, "Çermet körpüsü” adlanan ərazidə qeydə alınıb.
Çin istehsalı olan, 90 PH 772 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Qurbanov Azər Əjdər oğlu maşını körpünün istinad divarına çırpıb.
Nəticədə, avtomobildə olan sərnişin yerindəcə dünyasını dəyişib. Onun şəxsiyyəti hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır./oxu
7News.Az








