Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Bilgəh qəsəbəsində Babayev Sahil İlham oğlu idarə etdiyi "Nissan" markalı avtomobillə yolu keçmək istəyən Cəfərova Həsər Cəfərqulu qızını vurub. Ağır xəsarətlər almış qadın xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır./lent.az
7News.Az








