RU
Bakıda ağır yol qəzası: ana və 4 yaşlı övladı ağır xəsarət alıblar
12:00
263

Bakıda ağır yol qəzası: ana və 4 yaşlı övladı ağır xəsarət alıblar

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az report-a istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Həsən Əliyev prospektində hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - Dəmirova Cəmalə Mürşüd qızı və onun azyaşlı övladı, 2017-ci il təvəllüdlü Dəmirov Hüseyin Fərid oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı hər iki yaralıya qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ