RU
Bakıda ağır yol qəzası baş verib – VİDEO
20:50
231

Bakıda ağır yol qəzası baş verib – VİDEO

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib. 

Hadisə paytaxtın Yasamal rayonu ərazisində, Bakı Kənar Dairəvi yolunda qeydə alınıb. 

İlkin məlumata görə, "Sədərək” Ticarət Mərkəzindən Yasamal rayonu istiqamətində hərəkətdə olan iki avtomobil idarəetməni itirərək toqquşub. 

 

Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobillərə ciddi ziyan dəyib, ölən və yaralananlar barədə məlumat yoxdur. 

Baş verən yol nəqliyyat hadisəsi səbəbindən Bakı Kənar Dairəvi yolunda uzun tıxac yaranıb. 

Əraziyə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub./oxu

 

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ