RU
Bakıda ağır yol qəzasında iki bacı yaralanıb
11:40
89

Bakıda ağır yol qəzasında iki bacı yaralanıb

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az "report"a istinadən bildirir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2011-ci il təvəllüdlü Beydullayeva Aytən və onun bacısı, 2014-cü il təvəllüdlü Beydullayeva Aylin xəsarət alıb.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ