Bakıda bina tikintisi zamanı fəhlə yıxılaraq ölüb.
"Report”un xəbərinə görə, hadisə paytaxtın Xətai rayonu, N.Tusi küçəsində qeydə alınıb. Orada tikilməkdə olan binada fəhlə işləyən 1984-cü il təvəllüdlü Şəhriyar Əliyev binanın beşinci mərtəbəsindəki liftin şaxtasından yıxılaraq ölüb. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
Qeyd edək ki, həmin bina "Amal” MTK tərəfindən inşa olunur.
7News.az








