RU
Bakıda ana və 6 yaşlı uşağını avtomobil vuraraq komaya salıb
00:15
377

Bakıda ana və 6 yaşlı uşağını avtomobil vuraraq komaya salıb

Bakıda ana və azyaşlı övladını avtomobil vuraraq ağır xəsarət yetirib.

Hadisə Xətai rayonunda qeydə alınıb.

Metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında yolu keçən 1990-cı il təvəllüdlü Əhmədova Qənirə Rasim qızı və onun 6 yaşlı övladı Əhmədov Murad Abbas oğlunu avtomobil vurub.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Q.Əhmədovaya sağ ayağın sınığı və bədənin müştərək travması, M.Əhmədova isə qapalı kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əzikləri və komatik vəziyyət diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ