RU
Bakıda ana və azyaşlı oğlunu vuraraq öldürən sürücüyə hökm oxunub
22:30
788

Bakıda ana və azyaşlı oğlunu vuraraq öldürən sürücüyə hökm oxunub

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Tağıyev Taleh Əhliman oğluna hökm oxunub, 7 il müddətinə azadlıqdan məhrum edilib.

7NEWS.Az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.

Belə ki, T.Tağıyev idarə etdiyi "Ravon" markalı avtomobillə yolu keçmək istəytən ana və iki övladını vurub. Nəticədə ana və azyaşlı oğlu ölüb, digəri isə xəsarət alıb.

T.Tağıyev taksi fəaliyyəti ilə məşğul olub.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ