RU
Bakıda ana və əkiz övladları dəm qazından zəhərləndi
14:20
310

Bakıda ana və əkiz övladları dəm qazından zəhərləndi

Bakıda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Səhiyyə Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 30-da baş verib.

Məlumata görə, dəm qazından boğulma barədə çağırış Təcili Yardım Xidmətinə saat 00:34-də daxil olub. Həmin ünvandan 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ