Ötən gecə Bakı şəhərinin Suraxanı rayonunda ana və qızı dəm qazından zəhərlənib.
Suraxanı rayonu Yeni Günəşli yaşayış massivində biri azyaşlı olmaqla 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə Xüsusi Riskli Xilasetmə Xidmətinə müraciət daxil olub. Dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə yollanıb. Mənzilin qapısı açıldıqdan sonra Lalə İbrahimzadə ilə onun qızı Leyla halsız vəziyyətdə aşkarlanıb. Onlar hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasına təhvil verilib.
İlkin araşdırma zamanı ana və qızının dəm qazından zəhərləndiyi məlum olub.
7News.Az








