Bakıda bir ailənin iki üzvü bıçaqlanıb.
7News.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 9-da Sabunçu rayonunun Pirşağı qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş İsmixan Novruzov münaqişə zəminində həmyerlisi Zinyət Nəcəfovaya və oğlanları Nəcəfə bıçaqla xəsarət yetirib, Nicatı döyüb. Qadın xəstəxanaya yerləşdirilib.
Sabunçu rayon 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Novruzov tutulub.








