Xəzər TV-də yayımlanan "Diqqətli ol” verilişi daha bir sosial eksperiment keçirib.
7news.Az-ın baku.ws-ə istinadən verdiyi xəbərə görə, növbəti dəfə keçirilən eksperiment Bakıda baş tutub.
Balaca oğlan yoldan keçənlərə anasının onu burada qoyub getdiyini bildirir. Uşağın küçəyə atıldığını anlayan insanlar kəskin reaksiya verir. Hətta bəzi sakinlər uşağı evə aparmağı tövsiyyə edib.








