RU
Bakıda anti-Türkiyə filminin nümayişinin planlaşdırılmasına görə etiraz aksiyası keçirilib
20:00
23

Bakıda anti-Türkiyə filminin nümayişinin planlaşdırılmasına görə etiraz aksiyası keçirilib

Almaniya və Yunanıstan istehsalı olan Türkiyəyə qarşı çəkilmiş "Odda - İki bacı” ("Sisters apart") filminin nümayişinin planlaşdırdığına görə Bakıda "Landmark"ın qarşısında etiraz aksiyası keçirilib.

7NEWS.Az xəbər verir ki, bir qrup sakin binanın qarşısına toplaşıb.

Onlar əllərində tutduqları plakatlarla Türkiyəyə dəstək nümayiş etdirib, "Terrora son!", "Yaşasın Azərbaycan, Türkiyə!" şüarlarını səsləndiriblər.

Aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ