RU
Bakıda aptek və mağazalardan oğurluqlar edən ələ keçdi - FOTO
17:13
465

Bakıda aptek və mağazalardan oğurluqlar edən ələ keçdi - FOTO

Zığ Yolu küçəsində yerləşən apteklərdən birinin qapısı naməlum şəxs tərəfindən sındırılıb, kassadan 1200 manat oğurlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7News.Az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini Abdulrəhman Dadaşov saxlanılaraq istintaqa təqdim edilib.

Saxlanılan şəxsin paytaxtın digər rayonlarında yerləşən apteklərdən və mağazalardan da silsilə oğurluqlar etdiyi məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ