RU
Bakıda ardıcıl üç gün atəşfəşanlıq olacaq
11:36
1124

Bakıda ardıcıl üç gün atəşfəşanlıq olacaq

Tədbir konsertdən sonra baş tutacaq.

İyunun 17-19-da “Forumal-1” yarışları ilə əlaqədar Dənizkənarı Bulvarda möhtəşəm atəşfəşanlıq olacaq.

Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib ki, tədbir dünya ulduzları Kris BraunEnrike İqlesiasFarrell Uilyamsın çıxışından sonra baş tutacaq.

Onun sözlərinə görə, paytaxt sakinləri atəşfəşanlığı ardıcıl olaraq üç gün saat 23:00-da izləyə biləcəklər.

Qeyd edək ki, “Formula-1” Avropa Qran-prisi iyunun 17-19-da Bakıda keçiriləcək. “Formula-1” şəhərciyində iyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias, iyunun 19-da isə Farrell Uilyams ardıcıllıqla çıxış edəcəklər./oxu.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ