Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə təqsirli bilinən Ramil Səfərovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
7NEWS.Az xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
İş üzrə məhkəmə baxış iclası yanvarın 12-nə təyin olunub.
Qeyd edək ki, oktyabrın 15-də saat 09 radələrində Binəqədi rayonu ərazisində 1984-cü il təvəllüdlü Sahilə Cəfərovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1981-ci il təvəllüdlü Ramil Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sahilə Cəfərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ramil Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
7NEWS.Az








