RU
Bakıda ata və oğlu birlikdə quldurluq edib
14:05
435

Bakıda ata və oğlu birlikdə quldurluq edib

Bakıda quldurluq hadisəsi baş verib.

Noyabrın 22-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində şəxsiyyəti məlum olmayan 2 nəfər qəsəbə sakini Vüqar Hüseynlinin idarə etdiyi “BMW” markalı avtomobilə sərnişin qismində oturub R.Qəmbərov küçəsinə gedəcəyini bildirib. Həmin ünvanda onlar V.Hüseynlini bıçaqla hədələyib 292 manatını və sənədlərini alıb hadisə yerini tərk ediblər.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qazax rayon sakini Şəhadət Məmmədov və oğlu, əvvəllər məhkum olunmuş Nemət tutulublar.

Ətraflarında aparılmış tədbirlərlə onların noyabrın 16-da Bakı şəhər sakini Vera Leşinskayanın 18 manatını və qızıl əşyasını soyğunçuluq yolu ilə almaları da müəyyən edilib.

Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır./lent

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ