Bakı şəhərində iki gündür davam edən aramsız yağışlar Binəqədi rayonunun Yeni Biləcəri qəsəbəsində yerləşən 401 nömrəli telefon qovşağında problemlər yaradıb.
Yasamal Telefon Qovşağı EATS 401-dən verilən məlumata görə, dünən axşam saatlarında telefon qovşağının binasını su basıb.
Kabellər zədələndiyi üçün qovşağın əhatə etdiyi nömrələrin işləməsində problem yaranıb.
ATS-dən bildirilib ki, hazırda ərazidə iş gedir və günorta saatlarından sonra bütün nömrələr işlək vəziyyətdə olacaq./azvision.az
7news.Az








