Qasımov xəstəxanaya aparılarkən yolda ölüb.
Bakıda 3 yaşlı uşağı maşın vurub.
7News.Az xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə İnşaatçılar prospektində qeydə alınıb.
Bakı şəhər sakini İsmayıl Əsgərov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Yusif Qasımovu vurub.
Nəticədə ağır xəsarət alan Y.Qasımov xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.








