Bu gün axşam saatlarında Badamdar qəsəbəsində, Bakı şəhər Baş Polis İdarəsinin qarşısında avtomobil yanıb. “Audi” markalı avtomobil yanaraq külə dönüb. Xoşbəxtlikdən hadisə zamanı sürücü xəsarət almayıb.
Avtomobilin yanmasının ilkin səbəbi kimi mühərrikdə elektrik naqillərinin alışması ehtimal edilir.
Hadisə yerinə FHN və polis əməkdaşları cəlb olunub. Avtomobilin kimə məxsus olduğu hələlik məlum deyil./musavat
7news.az








