RU
Bakıda Avstriya vətəndaşının evindən külli miqdarda pul oğurlanıb
16:20
342

Bakıda Avstriya vətəndaşının evindən külli miqdarda pul oğurlanıb

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində araşdırma aparılır.

Bakıda yaşayan xarici vətəndaşın evindən külli miqdarda pul oğurlanıb.

Hadisə Nəsimi rayonunda baş verib.
Belə ki, Avstriya vətəndaşı, 1967-ci il təvəllüdlü Kuermayr Mixaelin Bakı şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən evindən oğurluq edilib.
Naməlum şəxs onun evinə açar seçməklə daxil olub və 4000 funt-sterlinq oğurlayıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində araşdırma aparılır.
Qeyd edək ki, Kuermayr Mixael Bakıdakı şirkətlərin birində ofis meneceri vəzifəsində çalışır./report

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ