RU
Bakıda avtobus 73 yaşlı qadını vurdu
22:15
412

Bakıda avtobus 73 yaşlı qadını vurdu

Nəsimi rayonu Səməd Vurğun küçəsində piyada vurma hadisəsi baş verib.

7news.Az ARB TV-yə istinadən xəbər verir ki, Təzə Bazar adlanan yerdə 8 saylı sərnişin avtobusu yolu keçmək istəyən 73 yaşlı Simuzər Məmmədovanı vurub.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər kəllə-beyin travması alan Simuzər Məmmədovanı vəziyyətinin ağır olduğunu bildiriblər. Sürücü polis əməkdaşları tərəfindən dindirilib. Qəza zamanı avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.

Faktla əlaqədar araşdırmalar davam edir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ