RU
Bakıda avtobus iki məktəblini vurdu
12:29
1164

Bakıda avtobus iki məktəblini vurdu

DİN məlumat yaydı.

Daxili İşlər Nazirliyi (DİN) Bakıda marşrut avtobusunun törətdiyi yol nəqliyyat qəzası ilə bağlı məlumat yayıb.

7News.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə fevralın 29-da saat 08 radələrində baş verib.

Sabunçu rayonunun Maştağa qəsəbəsində Bakı şəhər sakini Bəxtiyar Zodanov 172 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusu yolun kənarındakı ağaca vurub.

Daha sonra idarəetməni itirdiyindən avtobus yaxınlıqda dayanmış qəsəbə sakinləri Ələm Cəfərzadəyə və qardaşı Nicata dəyib. 

Nəticədə Ə.Cəfərzadə hadisə yerində ölüb, Nicata və B.Zodanovun 1 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, avtobusun vurduğu piyadalar iki qardaşdır və onlar orta məktəb şagirdləridir.

29.02.2016

Bu gün Bakıda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Maştağa qəsəbəsində 172 saylı marşrut avtobusu idarəetmədən çıxaraq yol kənarında dayanan iki məktəblini vurub.

7News.Az xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, nəticədə onlardan biri hadisə yerində ölüb, digəri isə yüngül xəsarət alıb. 

Ölən məktəblinin 14 yaşında oğlan olduğu bildirilir.

Sabunçu rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. İdarədən bildirilib ki, hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ