Sosial şəbəkələrdə və saytlarda avtobus sürücüsünün özbaşınalığını əks etdirən kadrlar yaylıb. Son dayanacağı Kürdəxanı qəsəbəsində olan 185 saylı marşurut avtobusunun sürücüsü bir anda bütün yol hərəkəti iştirakçıları üçün təhlükəyə çevirilir. Sürücü avtobusu gah qarşı hərəkət zolağına sürür, gah yanlış ötmə əməliyyatı edir, gah da digər nəqliyyat vasitələrinin qayda pozmasına səbəb olur.
185 saylı marşrutdakı avtobusun sürücüsü sağ zolaqla hərəkət etmək əvəzinə digər iki avtobusu ötmək üçün sol zolaqla gedir.
Hətta kobudcasına arxadan gələn avtomobillərin yoluna çıxır.
Həmin avtomobilin sürücüsü isə qəzadan yayınmaq üçün əks istiqamətdən gələn avtomobillərin qarşısına sürür.
Avtobus sürücülərinin bir-birini ötmə və daha çox pul qazanmaq istəyi bu görüntülərə səbəb olub.
Sürücü bununla kifayətlənməyərək sərnişin götürmək üçün düz yolun ortasında saxlayaraq digər iki avtobusun önünü kəsir.
Avtobus sürücüsünün bu hərəkəti bütün yol iştirakçılarının qayda pozmasına səbəb olmaqla yanaşı, sərnişinlərin həyatı üçün də təhlükəlidir. Bakıda Zabrat yolunda bir avtomobildə olan kameraya düşən görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Məsələyə aydınlıqgətirmək üçün avtobusun məxsus olduğu şirkətlə əlaqə saxladıq. Çəkiliş zamanı həmin marşurut avtobusunu və sürücüsünü tapmaq mümkün olmadı. Amma xəttə fəaliyyət göstərən avtobuslara cavabdeh Elşən Xəlilov adlı şəxs vəzifəyə yeni təyin olunuduğunu və sözügedən hadisədən xəbərsiz olduğunu dedi.
Məsələ ilə bağlı nə Bakı Nəqliyyat Agentliyindən, nə də Bakı Şəhər Baş Dövlət yol Polisi İdarəsindən mövqe öyrənmək mümkün olmadı. /xezerxeber
7News.Az








