Avtobus sürücüsü qayda pozuntusuna yol verərək sərnişinlərin həyatını təhlükəyə atır.
Bununla yanaşı, arxadan gələn avtomobili üçündə qəza şəraiti yaradır.
7news.Az bildirir ki, vətəndaşlardan biri avtomobildə hərəkətdə olarkən gördüyü mənzərəni lentə alaraq "Xəzər Xəbər"ə göndərib. Kadrlarda avtobusun qapısının açıq qaldığı və sərnişinlərdən birinin qapıdan tutması əks olunub. Avtobus sürücüsü isə belə vəziyyətdə yola davam edir.
Söhbət Sabunçu rayonu Balaxanı qəsəbəsindən Zabrat qəsəbəsi və 8-ci kilometr bazarı istiqamətinə hərəkət edən 105 saylı marşurt avtobusundan gedir.
Marşurt xəttinin sahibkarı Qabil Sadıqov deyir ki,həmin sürücü arıq cəzalandırlıb.
Məsələyə Bakı Nəqliyyat Agentliyindən də münasibət bildirilib.Qurumdan Xəzər Xəbərə verilən məlumata görə,əgər avtobus sürücüsü belə qayda pozuntusuna yol verirsə dövlət yol polisi əməkdaşı reaksiya verib sürücünü cərimə etməlidir. Bununla yanası, bu kimi meselelerde suruculerle bərabər sernisinler də məsuliyyətli olub həyatlarına qarsı biganə qalmamalıdırlar.
7news.Az










