Bu gün səhər Xətai rayonunda sərnişin avtobusunun mühərrik hissəsi yanıb.
7News.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtobusun qalan hissələri yanğından mühafizə olunub.
Yanğın saat 09:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə 49 saylı marşrut xətti üzrə işləyən avtobus Babək prospektində hərəkət etdiyi vaxt baş verib.
Xoşbəxtlikdən sərnişinlər arasında xəsarət olan olmayıb.








